Ağ Evin kommunikasiyalar üzrə direktoru Houp Hiks istefa verib.
Teleqraf.com-un məlumatına görə, o, istefaya səbəb kimi başqa işə keçmək istəyini göstərib.
ABŞ Prezidenti Donald Tramp Hiksə gördüyü işlərə görə təşəkkür edib: “Hiks mükəmməl, düşüncəli, ağıllı insandır. Onun üçün darıxacam. Əminəm ki, gələcəkdə yenə birlikdə çalışacağıq”.
Qeyd edək ki, Hiks bu vəzifəyə ötən ilin avqustunda təyin edilmişdi.