1 Mart 2018 12:54
1 363
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp polad və alüminium sənayesi rəhbərləri ilə Ağ Evdə təcili toplantı keçirəcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, toplantıda Tramp polad və alüminium idxalında milli təhlükəsizliyin qorunması naminə tətbiq ediləcək məhdudiyyətlər mövzusunda uzun müddətdir gözlənilən qərarı açıqlayacaq.

Bundan başqa, polad və alüminium idxalında gömrük vergisinin tətbiqi məsələsi də müzakirə ediləcək.

İlkin ehtimallara görə, Tramp polad idxalına 25 faiz, alüminium idxalına isə 10 faiz vergi tətbiq etmək niyyətindədir.

Donald Trampın gömrük vergisi qərarının Türkiyə, Çin, Misir, Hindistan, Rusiya, Cənubi Afrika və Braziliyaya idxal edilən mallara aid ediləcəyi qeyd edilib.


Müəllif: Samir

Oxşar xəbərlər