1 Mart 2018 20:28
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni Milli Konqresi və Ermənistan Xalq Partiyası İrəvanın Azadlıq meydanında aksiya təşkil edib.

Xəbərə görə, aksiya 2008-ci ilin martın 1-də prezident seçkilərinin nəticələrinə etiraz edən müxalifətçilərlə polis arasında baş verən toqquşmalarda ölənlərin xatirəsini yad etmək məqsədi ilə təşkil olunub.

Şəhərin mərkəzi küçələri ilə yürüş edən etirazçılara həmçinin “Çıxış” blokundan deputatlar və həmin hərəkatın tərəfdarları da qoşulub.

Qeyd edək ki, 10 il əvvəl Yerevanda baş verən toqquşmalarda 8 etirazçı və 2 polis əməkdaşı ölüb. Hadisələrə görə indiyədək heç kim məsuliyyətə cəlb edilməyib. (APA)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər