2 Mart 2018 15:06
4 317
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ordusu qarşısında məğlubiyyət PKK/YPG qüvvələri arasında ciddi ixtilaflara səbəb olub.

Teleqraf.com xəbər verir ki, Qəndildə yerləşən PKK lideri Murad Qarailan uğursuzluğa görə bir-birini ittiham edən PKK və YPG terrorçularına Afrin mövzusunda müzakirə aparmağı qadağan edib.

Məlumata görə, Türkiyə kəşfiyyatı PKK terrorçularının daxili əlaqə vasitəsi olan radio danışıqları tuta bilib. PKK-çılarlarla YPG-çilər arasında mübahisə söyüşlə müşayiət olub.

Aydın olub ki, Qəndildən gələn silahlı qüvvələrin rəhbəri, “Azad Dersim” kod adlı terrorçu ilə YPG-dən olan “Camal Rega” kod adlı terrorçu arasında mübahisə zamanı atışma da baş verib.

Qəndildən radio-əlaqə vasitəsilə Rojhat (Murad Qarailanın kod adı) kanala çıxaraq vəziyyətin qorxulu olduğunu deyib.

Qeyd edilir ki, Afrindəki məğlubiyyət Qəndildəki PKK liderini də qorxudub. Bu səbəbdən Qarailan terrorçuların Afrin mövzusunda müzakirə aparmağı qadağan edib.

Türk kəşfiyyatı radio-rabitə zamanı Murad Qarailanın adından yeni təlimat yayıldığını bildirilib. Təlimatda deyilir: “Afrində YPG-çilərlə əlaqəli həm öz aranızda, həm də Rojhata çağırış edərək bir şey soruşmağınız qadağan edilir”.

Daha sonra xəbərdarlıq edilib ki, danışıqlar zamanı əhval-ruhiyyəni pozacaq davranışa yol verənlər cəzalandırılacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər