Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general Hulusi Axara və Daxili İşlər naziri Süleyman Soyluya zəng edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Ərdoğan generallardan gecə saatlarında Afrində baş verən və 8 əsgərin şəhid olması ilə nəticələnən olayla bağlı məlumat alıb.
Türkiyə prezidenti şəhid olan əsgərlərin ailələrinə başsağlığı, yaralılara isə şəfa diləyib.