2 Mart 2018 18:43
2 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, qızı İvanka və onun həyat yoldaşı Cared Kuşner prezident administrasiyasının bir hissəsi olmamalı idilər.

Teleqraf.com xəbər verir ki, bununla bağlı “Nyu York Tayms” nəşri Ağ Evdəki mənbəyə istinadla məlumat yayıb.

Məlumatlara görə, Tramp cütlüyün Ağ Evi tərk etməsinin vacibliyini bildirib. Ancaq ABŞ prezidenti İvanka və Kuşnerə bu qərarını açıqlaya bilməyib:

“Tramp İvanka və Kuşnerin əvəzlənməsi üçün Prezident Aparatının rəhbəri Con Kelliyə xüsusi tapşırıq verib. O hesab edir ki, cütlük öz işlərində kifayət qədər uğursuzluğa səbəb olub”.


Müəllif: Samir

Oxşar xəbərlər