4 Mart 2018 00:58
1 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əl Qaidə" terror təşkilatının filialı olan "Nüsrət Əl-İslam Vəl-Müslimun" qruplaşması Burkina-Fasoda baş verən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Teleqraf.com xəbər verir ki, "Nüsrət Əl-İslam Vəl-Müslimun" qruplaşması liderlərinin fransız hərbçiləri tərəfindən öldürülməsinə cavab olaraq, bu addımı atdıqlarını bildiriblər.

Qeyd edək ki, terrorçular martın 2-də Burkina-Fasonun paytaxtı Uaqaduquda Fransa səfirliyi və Baş qərargaha hücum ediblər. Hücum zamanı 8 nəfər ölüb, 80 nəfər yaralanıb. Yaralananlar arasında fransızlar yoxdur.


Müəllif: Nahid

Oxşar xəbərlər