İsrail təhlükəsizlik qüvvələrinin əməkdaşları Qəzza zolağında, Xan-Yunis şəhərinin ətrafında 59 yaşlı fələstinli fermeri qətlə yetirib.
Teleqraf.com-un məlumatına görə, İsrail hərbçiləri fələstinlinin qadağa zonasına yaxınlaşdığını və "Dayan" əmrinə tabe olmadığını bildirib.
Məlumata əsasən, hərbçiər əvvəlcə xəbərdarlıq atəşi açıb sonra isə fələstinlini hədəfə alaraq onu qətlə yetirib.