4 Mart 2018 16:41
1 210
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Koreya yarımadasında vəziyyətin nizamlanması istiqamətində diplomatik və siyasi səylərini aktivləşdirmək niyyətindədir. Yarımadada qeyri-sabitlik və münaqişə heç kimin maraqlarına xidmət etmir.

Teleqraf.com xəbər verir ki, bu bəyanatla Çin Xalq Nümayəndələri Məclisinin yeni rəsmi təmsilçisi, xarici işlər nazirinin keçmiş müavini Çjan Esuy bildirib.

O, ölkəsinin Koreya yarımadasındakı böhranla bağlı mövqeyinin dəqiq və dəyişməz olduğunu vurğulayıb:

“Biz yarımadada sülhün, sabitliyin qorunması, eləcə də problemin həlli yolunun dialoq və məsləhətləşmələrlə tapılmasına dair mövqeyimizə sadiqik”.

Onun sözlərinə görə, son vaxtlar Seul və Pxenyan dialoq tərəfdarı kimi çıxış edirlər, ancaq ABŞ və Şimali Koreya yarımadada böhranın həllində əsas oyunçular kimi qalmaqda davam edirlər.


Müəllif: Səxavət

Oxşar xəbərlər