4 Mart 2018 15:28
1 949
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail xüsusi xidmət orqanları Qüdsi ziyarət edən İstanbul bələdiyyəsinin Məclis üzvlərini hava limanında saatlarla sorğu-suala çəkib.

Teleqraf.com xəbər verir ki, İslanbul Bələdiyyəsinin Məclis üzvləri Qüdsə səfər edərək Məscidi-Aksada cümə namazı qllıb, daha sonar yerli sakinlərlə görüşüblər.

Səfərin məqsədi Fələstin probleminə diqqət çəkmək olub.

Bələdiyyə Məclisinin AKP-dən olan üzvləri Adnan Yılmaz və Məhəmməd Acar 2 saatlıq sorğudan sonar sərbəst buraxılsalar da, CHP-DƏN olan bələdiyyə üzvü Seyid Əli Aydoğmuş 4 saat sorğu-sual olunub.

Aydoğmuşun sözlərinə görə, təəccüblü məqam odur ki, sorğu-sual zamanı onun 1980-ci ildən bu yana həbsi, övladlarının durumu, biznes fəaliyyəti ilə məşğul olması da daxil İsrail tərəfi müfəssəl informasiyaya malikdir: “Dörd saat sorğudan sonra, nəhayət, oteldəki dostlarımızla əlaqə saxlaya bildim”.

Məclis üzvü deyib ki, tərcüməçinin dediklərindən də heyrətə düşüb: “Tərcüməçi mənə dedi ki, onlar sənə verdikləri sualların cavablarını özləri bilirlər. Odur ki, suallara doğru cavab ver”.


Müəllif: Cavad

Oxşar xəbərlər