4 Mart 2018 16:27
1 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Nümayəndələr Palatasının üzvü Ro Hanna Prezident Donald Trampın Çində dövlət başçısının iki dəfədən artıq seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılmasına dair mövqeyini sərt tənqid edib.

Teleqraf.com xəbər verir ki, konqresmen Tvitterdə yazıb:

“Bilmirəm, bu zarafatdır, ya yox, amma Si Szinpinin ömürlük idarəetmə modelinə bənzər addım atmaq haqda danışmaq ən böyük anti-Amerika addımıdır. ABŞ Prezidenti buna necə yol verə bilər? Corc Vaşinqon belə qəbirdə çevrilər”.

Qeyd edək ki, Donald Tramp Çində dövlət başçısının iki dəfədən artıq seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılmasına heyran olduğunu bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər