4 Mart 2018 17:44
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir hərbçiləri Sinay yarımadasının şimal və mərkəz hissəsində keçirdikləri genişmiqyaslı “Sinay-2018” antiterror əməliyyatı çərçivəsində son iki sutka ərzində 10 terrorçunu məhv edib, ekstremist fəaliyyətdə şübhəli bilinən 250 nəfəri həbs edib.

Teleqarf.com xəbər verir ki, bu barədə Misir ordusu bəyanat yayıb.

Qeyd olunur ki, hərbçilər bir neçə partlayıcı qurğunu, silah anbarını və terrorçuların sığınacaqlarını məhv ediblər. Həmçinin, yeraltı yanacaq anbarının da aşkarlandığı və məhv edildiyi bildirilir.

Misir ordusu bildirir ki, son günlər əməliyyat zamanı 4 hərbçi həlak olub, daha 4-ü yaralanıb.

“Sinay-2018” antiterror əməliyyatı fevralın 9-da başlayıb. Misir hərbçiləri bu müddət ərzində 100-dən artıq ekstremisti məhv ediblər.


Müəllif: Səxavət

Oxşar xəbərlər