4 Mart 2018 12:57
1 138
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alman sosial-demokratları Angela Merkelin başçılığı ilə Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı alyansının quracağı yeni hökumətdə təmsil olunmağa razılıq veriblər.

Teleqraf.com-un məlumatına görə, bu barədə ZDF telekanalı məlumat yayıb.

“Almaniya Sosial-Demokrat Partiyasının partiyadaxili müzakirələri nəticəsində böyük çoxluq XDİ/XSİ-in quracağı böyük koalisiyaya daxil olmağa razılıq verib”, deyə məlumatda bildirilir.

Qeyd edək ki, 2017-ci ilin sentyabrında Almaniya parlamenti – Bundestaqa seçki keçirilib. Bundan sonra koalisiyanın qurulması istiqamətində danışıqlara başlanılıb. Fevralın 7-də danışıqların iştirakçıları koalisiya razılaşmasının şərtlərini təqdim ediblər. İlkin qiymətləndirməyə görə, yeni hökumət mart-aprel aylarında formalaşa bilər.

Bundan öncə A.Merkelin başçılıq etdiyi XDİ-nin qurultayı koalisiya razılaşmasını dəstəkləyib.


Müəllif: Səxavət