5 Mart 2018 20:43
3 830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəşər Əsəd rejimi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qərarı və Rusiyanın elan etdiyi 5 saatlıq atəşkəsə rəğmən 5 il mühasirə altında saxladığı Şərq Qutanı atəş altında saxlamaqda davam edir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, son bir neçə gündür şəhər havadan və qurudan güclü atəşə məruz qalır.

Rusiyanın havadan verdiyi dəstək sayəsində Şərqi Qutanın bir neçə kəndini ələ keçirən Əsəd ordusunun bu gün şəhərə edirdiyi aviazərbələr nəticəsində 38 nəfər ölüb. Ölənlərin əksəriyyətinin qadın və azyaşlı olduğu bildirilir.

Xatırladaq ki, Əsəd rejimi və dəstəkçilərinin Şərqi Qutaya fevralın 19-dan martın 5-dək etdiyi hücum zamanı 700-ə yaxın mülki şəxs həlak olub, 3 minə yaxın insan isə yaralanıb.


Müəllif: Ruslan

Oxşar xəbərlər