Moskvanın əlində ABŞ-ın Rusiyadakı seçkilərə müdaxiləsi ilə bağlı kifayət qədər sübut var.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
Onun bu açıqlaması martın 18-də Rusiyada keçiriləcək prezident seçkiləri öncəsi gündəmə damğasını vurub.
Ryabkov bildirib ki, ABŞ Rusiyadakı seçkilərə müdaxilə etməklə xaos yaratmaq istəyir.