Almaniyaya köçən 41 yaşlı suriyalı Əbu Mərvan adlı kişi 37 yaşlı həyat yoldaşını bıçaqla öldürdükdən sonra qanlı əlləri ilə Feysbukdan canlı yayıma qatılıb.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Mərvan bunu ərlərini əsəbiləşdirən qadınlara mesaj göndərmək üçün etdiyini bildirib.
O, həmçinin qadınını boşanıb livanlı bir kişi ilə evlənmək istədiyi üçün öldürdüyünü bildirib.
Qanlı əllərini Feysbuk istifadəçilərinə nümayiş etdirərkən Mərvanın oğlunun atasından arxada durduğu da diqqətdən yayınmayıb.
Hadisə barədə polisə ailənin kiçik qızı məlumat verib. Mərvan hadisədən sonra qaçsa da, polis tərəfindən saxlanılıb.