5 Mart 2018 22:44
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp ölkənin İsraildəki səfirliyinin Qüdsə (Yerusəlim) köçürülməsi mərasimində iştirak edə biləcəyini açıqlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Tramp İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşdə mayın 14-də səfirliyin Tel-Əvivdən Yerusəlimə köçürülməsi ilə bağlı təşkil olunan tədbirə qatıla biləcəyini deyib.

Xatırladaq ki, ötən ilin dekabrın 6-da prezident Donald Tramp Yerusəlimin İsrailin paytaxtı kimi tanıdığını bəyan edib və ABŞ-ın Tel-Əvivdəki səfirliyini Yerusəlimə köçürüləcəyini deyib. Trampın bu qərarı dünya dövlətləri tərəfindən birmənalı qarşılanmayıb.


Müəllif: Kəmalə

Oxşar xəbərlər