ABŞ Müdafiə Nazirliyinin sözçüsü Robert Manninqin gündəlik mətbuat konfransında ilk dəfə Türkiyənin “ən çox axtarılan terrorçular siyahısı”nda olan Fərhad Abdi Şahinin - “Mazlum Kobani” kod adlı terrorçunun adını çəkib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, İŞİD terror təşkilatı ilə mübarizədə “general Mazlum”u və Suriyadakı yerli qüvvələri dəstəkləməkdə davam edəcəklərini deyib.
“Şahin Cilo” ləqəbli Fərhad Abdi Şahin 90-cı ilərin sonlarında PKK terror təşkilatına qoşulub. Bir çox terror hücumlarında əli olan Şahin 2015-ci ildən Türkiyənin “ən çox axtarılan terrorçular siyahısı”na daxil edilib.
Məsələ ilə bağlı açıqlama verən Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Pentaqon sözçüsünü boş-boş danışmaqda ittiham edib.