Ballistik raket sınaqları ilə dünyaya meydan oxuyan Şimali Koreya lideri Kim Çen İn ilk dəfə Seuldan gələn nümayəndə heyəti ilə görüşüb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, görüş zamanı tərəflər fotoqraflar qarşısında bir-birinin əlini sıxıb və gülümsəyiblər.
4 saat davam edən görüş 2011-ci ildə Kim Çenin atasının ölümündən sonra bir ilk olub.
Kim Çen bu görüşün iki ölkə arasındakı münasibətlərə müsbət təsir edəcəyini bildirib.
Görüşdən sonra ölkəsinə qayıdacaq Cənubi Koreya İstihbarat rəhbəri Suh Hoon və Milli Təhlükəsizlik müşaviri Çunq Eui-yonq Vaşinqtona gedəcək və ABŞ nümayəndələri ilə görüşəcək.