ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Deniel Kouts ölkəsinə ən böyük kiber təhlükənin Rusiya, Çin, İran və Şimali Koreya olduğunu açıqlayıb.
Teleqraf.com "RİA.ru"ya istinadla xəbər verir ki, D.Koutsun Konqresə göndərdiyi hesabatda ABŞ-a kənardan edilən kiber təhdidlərlə bağlı geniş məlumatlar yer alıb.
Rusiyanın ABŞ-da seçkilərə müdaxiləsinə dair faktlar hesabata əlavə olunub.