Pornoaktrisa Stefani Klifford ABŞ Prezidenti Donald Trampı məhkəməyə verib.
Teleqraf.com-un xəbərinə görə, bununla bağlı NBC telekanalı məlumat yayıb.
Klifford NBC telekanalına açıqlamasında deyib: “Mən, vəkilim və prezidentin hüquqşünası məlumatların yayılmaması ilə bağlı razılaşmanı imzalamışdıq. Ancaq Tramp bundan boyun qaçırdı. Buna görə sənəd qüvvədən düşmüş hesab edilir”.
Qeyd edək ki, bir müddət öncə Trampın 2006-2007-ci illərdə Kliffordla intim əlaqədə olması və Melaniyaya xəyanət etməsi ilə bağlı məlumatlar yayılmışdı.