Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, liderlər Suriyadakı vəziyyəti, xüsusilə də, Şərqi Qutadakı gərginliyi müzakirə ediblər.
Tərəflər Şərqi Qutada atəşkəsin tam olunması üçün Türkiyə, İran və Rusiyanın birgə fəaliyyət göstərməsinin əhəmiyyətini vurğulayıblar.