ABŞ Rusiyanın Suriya ərazisindən hərbi silahları sınaqdan keçirmək məqsədilə poliqon kimi istifadə etdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Hizer Nauert Rusiyanın Suriyada "SU-57" qırıcılarını sınaqdan keçirmək üçün istifadə etdiyini bildirib.
Rusiyanın fevral ayında Dəməşq və Şərqi Qutada 20 dəfə "bombalama əməliyyatı" həyata keçirdiyini qeyd edən XİN sözçüsü, xüsuslə də, "SU-57"lərin günahsız insanları öldürməklə sınaqdan keçirildiyini bildirib.
"Rusiyanın Suriyada sülhün, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və hümanitar yardımlar sahəsində görəcəyi çox işlər var", deyə Hizer Nauert qeyd edib.
O, Astana danışıqlarının nəticəsiz olduğunu da diqqətə çatdırıb.
Qeyd edək ki, Su-57 Rusiyanın beşinci nəsil qırıcısıdır. Moskva 2020-ci ilə qədər bu təyyarələri öz silahlanmasına qəbul etməyə hazırlaşır.