Türkiyənin Diyarbakır şəhərinin Sur mahalında məktəbdəki içməli suya kanalizasiya suyu qarışdığı üçün 50-dən çox şagird xəstəxanalıq olub.
Teleqraf.com Türkiyə KİV-inə istinadla xəbər verir ki, hadisə Tofiq Fikrət adına orta məktəbdə baş verib. Məlumatlara görə, kanalizasiya sistemi düzəldilən ayaqyolunda iş tamamlanmadan su xətti istifadəyə verilib. Tənəffüsdə ayaqyolunun istifadədə olduğunu görən şagirdlər krandan su içərək qarın ağrısı və ürəkbulanmasına tutulublar. Hadisədən xəbər tutan məktəb rəhbərliyi dərhal təcili tibbi yardıma müraciət edib.
50-dən çox şagirdə zəhərlənmə diaqnozu qoyulub, onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. Məktəbdə zəhərlənmə olduğuna dair xəbəri eşidən valideynlər məktəbə axın ediblər. Hadisə ilə bağlı araşdırmaya başlanılıb.