ABŞ-ın Hyuston əyalətində 34 yaşlı Jason Farmer adlı kişi nişanlısının 23 yaşlı bacısı Angela Montanteni boğaraq öldürüb.
Teleqraf.com xəbər verir ki, baldızı ilə gizli eşq yaşayan Farmer onunla moteldə görüşüb ifrat yataq fantaziyalarını reallaşdırmaq istəyib. O, bu zaman qızın boğazını həddindən artıq sıxdığı üçün sevgi fantaziyası cinayətlə bitib.
Angelanın heç bir hərəkətə reaksiya vermədiyini görən Farmer onun nəbzini yoxlayıb. Baldızının öldüyünü yəqin edəndən sonra polisə zəng edib baş verənləri bildirib.
Daha öncə üç azyaşlı qıza təcavüz etdiyi üçün həbs edilmiş Jason Farmer yenidən həyatını dörd divar arasında davam etdirməli olacaq.