İsrail Baş naziri Benyamin Netanyahu Feysbuk hesabında barəsində aparılan korrupsiya araşdırmalarını dəyərləndirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Netanyahu İsrail polisinə ittihamlar səsləndirib:
"Polisin əlində həqiqi sübut olsa, şahidlərə ehtiyac qalmaz. Günahlandırdıqları insanları təzyiqlərlə qorxudurlar. Onlar "Sizin və ailənizin hər şeyini əlinizdən alacağıq. Bunlardan azad olmaq istəyirsizsə, Netanyahuya ləkə yaxın! Yalan söyləmək vacib deyil, əsas olan onu günahkar göstərməyinizdir" ifadələrindən istifadə edirlər".
Qeyd edək ki, İsrail polisi ötən cümə günü Netanyahunu korrupsiya ittihamları ilə 5 saat dindirib.