Porno-aktrisa Stefani Klifford ilə ABŞ Prezidenti Donald Tramp arasında qalmaqal səngimək bilmir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Kliffordun şikayəti üzrə Vaşinqton məhkəməsində proses keçirilib.
Məhkəmədə Trampın xeyrinə qərar çıxarılıb. Bununla bağlı Ağ Evin sözçüsü Sara Sandres məlumat verib.
Qeyd edək ki, bir müddət öncə Trampın 2006-2007-ci illərdə Kliffordla intim əlaqədə olması və Melaniyaya xəyanət etməsi ilə bağlı məlumatlar yayılmışdı.
Klifford Trampı məhkəməyə verdiyini NBC telekanalına açıqlamışdı: “Mən, vəkilim və prezidentin hüquqşünası məlumatların yayılmaması ilə bağlı razılaşma imzalamışdıq. Ancaq Tramp bundan boyun qaçırdı. Buna görə sənəd qüvvədən düşmüş hesab edilir”.