8 Mart 2018 16:52
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın ən çox sevilən siyasətçisi Siqmar Qabriel bundan sonra xarici işlər naziri olmayacaq.

Teleqraf.com xəbər verir ki, bu haqda nazirin özü deyib.

O, bildirib ki, hazırda Sosial Demokratlar Partiyasına müvəqqəti rəhbərlik edən Olaf Scolz və partiyanın Bundestaqdakı qrup rəhbəri Andrea Nahles bu gün səhər zəng edərək, yeni qurulacaq alman hökumətində onun nazir vəzifəsini tutmayacağını bildirblər.

Xatırladaq ki, Almaniyada son Bundestaq seçkilərindən sonra böhran yaşanıb. Bir neçə gün əvvəl isə Xristian Birlik Partiyası ilə Sosial Demokratlar Partiyası koalisiya hökuməti qurmaq barədə razılaşıb. Son 5 ayda Almaniyada ən geniş müzakirə olunan məsələ isə ölkənin yeni xarici işlər nazirinin kim olacağı idi.


Müəllif: Cavad

Oxşar xəbərlər