“Zeytun budağı” əməliyyatının 48-ci günündə Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrin istiqamətində Cindərəs deyilən strateji ərazini azad edib. .
Teleqraf.com xəbər verir ki, Türk ordusu və Azad Suriya Ordusu hazırda Cindərəsin mərkəzini terrorçulardan təmizləmək üçün əməliyyatları davam etdirir.
Qeyd edək ki, Cindərəs “Zeytun budağı” əməliyyatı çərçivəsində strateji ərazi hesab olunur. Əgər Türk Silahlı Qüvvələri Cindərəsi ələ keçirib irəliləməkdə davam edəcəksə, qısa müddətə PYD, YPG, PKK və İŞİD-in bölgədəki əsas dayaqları sıradan çıxmış olacaq.