8 Mart 2018 20:29
1 696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman İngiltərəyə səfəri zamanı baş nazir Tereza Mey və Kraliça II Elizavetlə bir araya gəlib.

Teleqraf.com xəbər verir ki, görüş zamanı iki ölkə arasında gələcək illərdə xarici ticarət və investisiyanın 90 milyard dollara çatdırılması haqda razılıq əldə olunub.

Qeyd edək ki, bu iqtisadi əməkdaşlıq Avropa Birliyindən ayrılan İngiltərə iqtisadiyyatının zəifləməsinə qarşı ciddi addım hesab olunur. London hesab edir ki, bu kimi iqtisadi əlaqələr Brexsitdən sonra İngiltərə iqtisadiyyatına inam və etimadı artıracaq.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı şahzadəsinin London səfəri zamanı “Müharibəni dayandır koalisiyasının” fəalları etiraz aksiyaları keçiriblər.


Müəllif: Cavad

Oxşar xəbərlər