8 Mart 2018 22:28
3 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı, general Kertis Skaparrotti Türkiyəni müdafiə sahəsində əməkdaşlığı dayandıracaqları ilə hədələyib.

Teleqraf.com "Ria.ru"ya istinadən xəbər verir ki, amerikalı general Ağ evin Türkiyənin Rusiyaya məxsus "S-400" zenit-raket komplekslərini almaqdan imtina edəcəyinə ümid bəslədiyini bildirib. Əks təqdirdə Vaşinqtonla Ankara arasında müdafiə sahəsində əməkdaşlıq kəsilə bilər.

"Mən Türkiyəni əmin etmək istəyirəm ki, Rusiyadan alacaqları müdafiə sistemi NATO standartlarına uyğun deyil. Ankaranın hələ vaxtı var. Sövdələşmə hələ başa çatmayıb. Müzakirələrimiz davam edir", - deyə Kertis Skaparrotti bildirib.


Müəllif: Ayxan

Oxşar xəbərlər