9 Mart 2018 00:44
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya hüquq-mühafizə orqanları tərəfindən 2017-ci il ərzində 412 nəfər terrorçuluq maddəsi ilə saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu, 2016-cı ildəki göstəricidən 58 faiz çoxdur.

2016-cı ildə 261 nəfər saxlanılıb.

2017-ci ildə saxlanılanlardan 135 nəfər barəsində həbs qətimkan tədbiri görülüb.

Terror ittihamı ilə bağlı həbslərin sayının artmasına səbəb 2017-ci ildə ölkədə 5 terror aktının törədilməsidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər