ABŞ-ın sabiq prezidenti Barak Obama “Netfliks” şirkəti ilə danışıqlara başlayıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı “Nyu York Tayms” nəşri məlumat verib.
Razılıq əldə edilsə, Obama və həyat yoldaşı Mişel kulinar şou verilişinin aparıcıları olacaq.
“Netfliks” şirkəti 56 yaşlı Barak Obama və həyat yoldaşı Mişelə sanballı qonorar verməyə hazır olduğunu açıqlayıb.