ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisi Çanaqqala boğazından keçib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, amerikalı əsgərlər Kilitbahir qalası üzərindəki “Dayan yolçu” yazısını durbinlə oxuyublar.
Məlumatlara görə, ABŞ gəmisi 8-15 martda Rumıniya keçiriləcək “2018-ci il Bahar Fırtınası” təlimində çıxış edəcək.
Türk ordusuna məxsus hərbi gəmi ABŞ döyüş gəmisini müşayiət edib.