10 Mart 2018 08:18
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Baş katibliyi ABŞ prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen Inın Koreya yarımadasının nüvə silahından uzaq tutulmasına dair görüş təklifini qəbul etməsini təqdir edib.

Teleqraf.com xəbər verir ki, BMT Baş katibliyinin nümayəndəsi Stepan Dujarrik keçirdiyi mətbuat konfransında baş katib Antonio Quterresin may ayında keçirilməsi planlaşdırılan görüşü alqışladığını deyib: "Quterres Koreya Yarımadasında sülhün əldə edilməsi üçün bütün səyləri dəstəkləyir".

Qeyd edək ki, Cənubi Koreyanın Milli Təhlükəsizlik nümayəndəsi Çunq Eui-Yonq Donald Trampın Şimali Koreya lideri Kim Çen Inın görüş təklifini qəbul etdiyini və tərəflərin may ayında bir araya gələcəyini bildirib.


Müəllif: Ayxan

Oxşar xəbərlər