ABŞ Müdafiə Nazirliyi Prezident Donald Trampın Vaşinqtonda keçirilməsini istədiyi hərbi paradı noyabrın 11-nə təyin edib.
Teleqraf.com xəbər verir ki, Pentaqondan verilən açıqlamada hərbi paradla bağlı plan hazırlandığı bildirilib. Parad Ağ Evlə Konqres arasında icra ediləcək.
Hərbi mərasimin Qazilər günü baş tutacağı və tankların parada qatılmayacağı açıqlanıb.
Qeyd edək ki, Tramp yanvarın 18-də Pentaqonda generallarla görüşündə hərbi paradla bağlı istəyini dilə gətirmişdi. Onunn ötən il Parisdə Bastiliya günü mərasimində Fransa prezidenti Emmanuel Makronla birgə hərbi paradı izlədikdən sonra təsirləndiyi və ABŞ-da parad keçirmək fikrinə düşdüyü bildirilir.
Noyabrda keçiriləcək paradın 30 milyon dollara başa gələcəyi gözlənilir.