Şərqi Qutada vəziyyət gərgin olaraq qalır.
Teleqraf.com xəbər verir ki, bunu Suriyada münaqişə tərəfləri arasında sülh yaratmaq üzrə Rusiya mərkəzinin rəisi, general-mayor Yuri Yevtuşenko bildirib.
O, Dəməşq və ətraf qəsəbələrin daim minaatanlardan atəşə tutulduğunu bildirib: "Ötən sutka Şərqi Qutadan Dəməşqə 12 mina atılıb. Dağıntılar var. Bir nəfər ölüb, 9 dinc sakin isə yaralanıb".