11 Mart 2018 09:20
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koreya Respublikasının xarici işlər naziri xanım Kan Kyun-hva gələn həftə Vaşinqtonda ABŞ dövlət katibi Reks Tillersonla Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə bağlı vəziyyəti müzakirə edəcək.

Teleqraf.com xəbər verir ki, Cənubi Koreya XİN başçısı xanım Kan Kyun-hva jurnalistlərə açıqlamasında görüşdə KXDR-in nüvə silahsızlaşdırılması məsələsi, bu istiqamətdə Şimali Koreya lideri Kim Çen Inın ABŞ Prezidenti Donald Trampla nəzərdə tutulan görüşü barədə müzakirələrin aparılacağını deyib.

“Hər iki tərəf dialoqa hazır olduğunu təsdiqləyib. İndi qarşıda işçi səviyyədə sammitin gündəliyinin hazırlanması məsələsi durur”,- deyən Kan Kyun-hva əlavə edib ki, maraqlı tərəflər arasında yaxın məsləhətləşmələr çox vacibdir.

Cənubi Koreya XİN başçısı bildirib ki, rəsmi Seul bu məsələdə irəliləyişin əldə olunması üçün bütün səylərini göstərir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər