11 Mart 2018 09:51
1 153
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya hökuməti SSRİ-nin Baş Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Sergey Skripal və qızının zəhərlənməsinə dair işdə "Rusiya izi" sübuta yetiriləcəyi təqdirdə, Rusiyada keçiriləcək futbol üzrə 2018-ci il Dünya çempionatını boykot etməyə hazır olduğunu bildirib.

Boykot mundiala yüksəkvəzifəli siyasətçi və rəsmi şəxslər tərəfindən məhəl qoymamağı nəzərdə tutur.

"DÇ-nın boykotu aydın şəkildə variantlardan biridir", - deyə nəşr mənbənin sözlərini sitat gətirir.

Nəşrin fərziyyəsinə görə, britaniyalıların ideyasını Yaponiya, Polşa və Avstraliya dəstəkləyə bilər./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər