ABŞ Prezidenti Donald Tramp 2020-ci ildə ölkədə keçiriləcək prezident seçkiləri üçün şüarını hazırlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, bununla bağlı jurnalistlərə açıqlama verib.
Trampın sözlərinə görə, yeni şüarı "ABŞ-ı qüdrətli saxlayaq" olacaq.
O bildirib ki, ABŞ əvvəlki qüdrətini artıq bərpa edib.