BMT Təhlükəsizlik Şurasının Suriyada 30 günlük atəşkəs qərarından sonra Şərqi Qutaya göndərilən yardım karvanının Prezident Bəşər Əsədin irəli sürdüyü şərtlə bölgəyə daxil olduğu aydınlaşıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Əsəd "Əl Qaidə" terror təşkilatının qolu olan "Heyt Tahrir uş Şam"ın həbsdə olan tərəfdarlarının müxaliflər tərəfindən azad edilməsindən sonra karvanın Şərqi Qutaya daxil olacağını bildirib.
Azad edilən terrorçular rejimə məxsus avtobuslarla İdlibə yola salınıb. Bundan sonra 13 TIR-dan ibarət yardım karvanı Şərqi Qutaya daxil olub. Bu işdə tərəflərə BMT-nin vasitəçilik etdiyi açıqlanıb.
Qeyd edək ki, Əsəd rejiminin son 20 gündə Şərqi Qutaya hücum etməsi nəticəsində azı 976 dinc sakin həlak olub.