Rusiyanın Suriyadakı Xmeymim hərbi bazasına hücum olub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hücum dronlar vasitəsilə həyata keçirilib.
Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib. Ölən və xəsarət alanlarla bağlı məlumat verilmir.
Qeyd edək ki, yanvarın 6-da da Xmeymimə hücum olmuşdu.