Suriyanın Afrin bölgəsində strateji əhəmiyyətə malik Bocitə dağı PYD-PKK-İŞİD terror qruplaşmalarından təmizlənib.
Teleqraf.com xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusunun (ASO) birlikdə həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində Afrinin 4 kəndini əhatə edən Bocitə Dağı terrorçulardan təmizlənib.
Bu gün ərzində azad edilən məntəqələrin sayı 18-ə çatıb.