İsrailin Təl-Əviv şəhərində yaşayan 41 yaşlı haker qadınların soyunub-geyinmə otağındakı görüntülərini əldə edərək sosial şəbəkələrdə paylaşdığı üçün həbs edilib.
Teleqraf.com xəbər verir ki, görüntüləri əldə edilənlər arasında muğənni Eden Ben Zaken və model Neta Alçimister də var.
Polisin məlumatına görə, haker Təl-Əvivdəki məşhur mağazalardan birinin təhlükəsizlik kameralarının parolunu sındırıb və bu yolla mağazanın paltardəyişmə otağına gedən qadınların görüntülərini əldə edə bilib.
Baş verən hadisədən sonra İsraildə mağazaların paltardəyişmə kabinələrində kameraların quraşdırılmasının yasaqlanması məsələsi gündəmə gəlib.