İranda Türkiyəyə məxsus şəxsi təyyarə qəzaya uğrayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə rəsmi İRNA agentliyi məlumat yayıb.
Təyyarənin BƏƏ-nin Şarja şəhərindən İstanbula uçduğu bildirilir.
"Reuters"in məlumatına görə, təyyarədə olan 3 heyət üzvü və 8 sərnişin qəza nəticəsində ölüblər.
Təyyarə Türkiyənin "Başaran" holdinqinə məxsus olub.