Rusiya prezidenti Vladimir Putin 2000-ci ildə Çeçenistanda olduğu təyyarənin atəşə tutulması barədə danışıb.
Teleqraf.com xəbər verir ki, jurnalist Andrey Kondraşovun sənədli filminə danışan Putin 31 dekabr 1999-cu ildə dövlət başçısının səlahiyyətlərini müvəqqəti icra edən zaman hərbçiləri təbrik etmək üçün Çeçenistana uçduğunu bildirib. Bu zaman onun olduğu təyyarə atəşə məruz qalıb.
"Mən elə bildim ki, bu fişəngdir, çünki Yeni il idi. Pilotlar dedilər ki, "nə fişəng, biz atəşə məruz qalmışıq", - deyə Putin əlavə edib.