12 Mart 2018 00:25
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada Bəşər Əsəd rejimi və dəstəkçilərinin BMT Təhlükəsizlik Şurasının humanitar atəşkəs qərarına rəğmən İdlibə yönəlik hava hücumu nəticəsində 10 mülki şəxs həlak olub, 16-sı yaralanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, İdlib Mülki Müdafiə idarəsinin direktoru Mustafa Həcc Yusif şəhərin müxtəlif yaşayış massivlərinə son 24 saatda havadan və qurudan hücum edildiyini bildirib. O, İdlibin mərkəzində və Binnəşdə 12, Kəfər Səcnədə isə 4 mülki şəxsin yaralandığını bildirib.

Məlumatlara görə, yanvarın 1-dən fevralın 5-dək İdlibə edilən hücumlar zamanı 264 mülki şəxs ölüb, 967-si yaralanıb.


Müəllif: Kəmalə

Oxşar xəbərlər