Suriyada BMT Təhlükəsizlik Şurasının humanitar atəşkəs qərarına məhəl oymayan Bəşər Əsəd rejimi və dəstəkçiləri Şərqi Qutanı birləşdirən Medyere şəhərini ələ keçirərək bölgəni 2 hissəyə ayırıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Haresta rayonuna çatan qüvvələr səhər saatlarından etibarən Arbin, Zamelka, Sakba, Cisrin, Ayn Terma ve Dumadakı yaşayış məskənlərinə hücum təşkil edib. Nəticədə 17 mülki şəxs həyatını itirib.
Şərqi Qutada bugünkü hücumda həlak olanlar daxil olmaqla son 3 həftədə ölən mülki şəxslərin sayı 925-ə yüksəlib.