Rusiya Türkiyənin istəyi ilə bu ölkəyə S-400 hava hücumundan müdafiə sistemlərinin çatdırılmasını tezləşdirəcək.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidentinin hərbi və texniki əməkdaşlıq məsələləri üzrə müavini Vladimir Kojin deyib:
“Saziş imzalandı. Hazırda həyata keçirilir. Türkiyə tərəfi işlərin sürətlənməsini istəyir. Bunun üzərində iş davam etdirilir. Fikrimcə, sazişin həyata keçirilməsinə 2020-ci ildə başlanacaq”.