Əfqanıstanda 900 mindən 1 milyona qədər qadın narkoman var.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 10 yaşına qədər 100 min uşaq daim narkotikdən istifadə edir. Ölkədə ümumi narkomanların sayı 3 milyona yaxındır. Bu, 2010-cu illə müqayisədə 3 dəfə çoxdur.
Qadınların əksəriyyəti narkotikdən istifadəyə həyat yoldaşlarının təsiri altında başlayır. Onların müalicəsi effekt vermir, çünki xəstəxanadan evə qayıdan kimi yenidən köhnə əməllərinə davam edirlər.
Əfqan qadınlarının opiumdan istifadə səbəbi də maraqlıdır. Onlar narkotikdən dərman kimi yararlanırlar. Opium qan axmasının qarşısını alır. Bundan başqa, bu narkotik körpələrin sakitləşməsinə də kömək edir.